3 İyul 2014 19:59
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Braziliya millisinin hücumçusu Neymar dünya çempionatı zamanı yaxınlarına və doğmalarına öz matçlarına biletlərin almasına 170 min dollar xərcləyib.


Braziliya yığması hər bir oyunçusuna hər oyuna 15 pulsuz bilet verir, ancaq Neymara bu, bəs etmir. Verilən xəbərə görə, Neymar Braziliya yığmasının iştirakıyla qrup oyunları, həmçinin dörddə bir finalın, yarımfinalın və finalın oyunlarının bütün matçlarına biletləri əldə edib. Braziliyalıların lideri atası üçün hörmətli qonaqların lojasında yeri bronlayıb.

Neymar, həmçinin rəfiqəsi Brunı Markezinin doğma və yaxınlarına biletlər alıb.

Hücumçu dünya çempionatı matçlarında dörd qol vurub. Dörddə bir finalda onun komandası sabah Kolumbiya yığması ilə görüşəcək.

/ans press/


Müəllif: