23 Aprel 2014 00:09
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zədəli olduğu üçün Qətərdə müalicəsini davam etdirən "Qalatasaray"ın futbolçusu Didye Droqba növbəti dəfə tibbi müayinədən keçib.

Teleqraf.com-un məlumatına görə, Fildişi sahilli hücumçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Bu səbəbdən onun əməliyyat olunmasına ehtiyac qalmayıb.

On günə İstanbula dönəcək Droqbanın Türkiyə kubokunda "Eskişehirspor"la final matçında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Droqba martda Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə matçda zədələnmişdi. Təcrübəli futbolçu son olaraq iynələrin köməyi ilə ölkə çempionatının 28-ci turunda "Fənərbaxça" ilə görüşdə oynayıb.


Müəllif:

Oxşar xəbərlər