27 Noyabr 2016 21:25
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 13-cü turunda evdə “Sumqayıt”la heç-heçə edən (1:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, Əhmədov öncə bunları deyib:

- Komanda mübarizə apardı. Futbolun yazılmamış qanunu budu ki, sən hücum etməsən, digər komanda qol vuracaq. İlqarın da yoxluğu işimizi çətinləşdirdi. Bir xal da bir xaldı. Pillə-pillə bir ayaqla irəliləyirik. İkinci fasilədə yeni oyunçular gəldikdən sonra daha yaxşı olacağına inanıram.

- Komanda ilk hissədə yaxşı təsir bağışlasa da, ikinci hissədə müdafiəyə çəkildi...
- Özümə də qaranlıq qaldı ki, oyunçular niyə geriyə çəkildilər. Həmişə hücum futbolu oynatmışam. Həmişə onlara deyirəm ki, hücum edin. Yəqin bacardığımız budu.

- İlk hissədə azarkeşlə sizin aranızda nə olmuşdu?
- Burda ciddi heç nə olmamışdı. Sadəcə, o, Rəşad Abdullayevin ünvanına etik olmayan ifadələr işlətdi. Meydançada körpə uşaqlar var idi. Bu cür ifadələr etik deyil.

- Sadio Tounkaranın AZAL-a gəlməsi nə yerdə qaldı?
- Yəqin ki, üç günə gələcək.


Müəllif:

Oxşar xəbərlər