29 Noyabr 2016 18:38
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trabzonspor”un baş məşqçisi Ərsun Yanal hücumçu Hyun-Jun Suku komandadan göndərmək qərarı verib.

Qol.az-ın “Habertürk”a istinadən yaydığı xəbərə görə, buna koreyalı futbolçunun ötən həftə “Gənclərbirliyi” ilə superliqa matçının sonlarında meydana girməkdən imtina etməsi səbəb olub. Bundan sonra o, Mustafa Yumluyu oyuna buraxmaq məcburiyyətində qalıb. Məlumatda deyilir ki, Yanal mövsümün əvvəli “Portu”dan transfer edilən Hyun-Jun Suku qış transferində klubdan göndərilməsi ilə bağlı klub rəhbərliyi qarşısında məsələ qaldırıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu superliqada 10 oyunda 1 qol belə vura bilməyib.

Əlavə edək ki, “Trabzonspor”da millimizin hücumçusu Ramil Şeydayev də çıxış edir.


Müəllif:

Oxşar xəbərlər