29 Noyabr 2016 19:52
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya idman tarixinin acı xəbərlərinin sırasına bu gün daha biri əlavə olunub. Ötən gecə Braziliyanın "Şapekoense" klubunun futbolçularını aparan təyyarə Kolumbiyada qəzaya uğrayıb. Qəza zamanı 75 nəfər həlak olub.

Teleqraf.com bu günə qədər idman tarixində baş verən təyyarə qəzalarının siyahısını təqdim edir:

1. İtaliyanın "Torino" klubu 1940-1949-cu illərdə ən qızıl dövrünü yaşayıb. Bu müddətdə klub keçirilən 8 yarışdan 7-sini qələbə ilə başa vurub. Hətta 1948-1949-cu illərdə "Torino" İtaliya yığmasına 10 futbolçu göndərib. 4 may 1949-cu ildə Lissabondan İtaliyaya uçan «FIAT G-121CP» təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı, 31 sərnişinin hamısı həlak oldu. Təyyarədə "Torino" klubunun 18 futbolçusu, məşqçilər korpusu və jurnalistlər vardı. Hadisə zamanı klub "Benfika" ilə oyundan geri qayıdırdı.

2. İngiltərənin "Mançester Yunayted" futbol klubu da oxşar hadisə ilə üzləşib. İkinci Dünya Müharibəsindən sonra klubun baş məşqçisi Ser Met Basbi təyin olunur. Basbi çox güclü bir komanda düzəldir. Onun rəhbərliyi altında klub iki il dalbadal – 1956 və 1957-ci illərdə İngiltərə çempionu olur. 1958-ci ildə böyük bir faciə baş verir. Fevralın 6-da Almaniyanın Münhen şəhərində klubun təyyarəsi qəzaya uğrayır. Qəza nəticəsində klubun 8 oyunçusu həlak olur, digər oyunçular və məşqçi heyəti(o cümlədən Met Basbi) sağ qalır. Çoxları bu hadisədən sonra klubun zəifləyəcəyini söyləyir. Lakin Basbi sağ qalmış oyunçulardan və gənclərdən güclü bir komanda düzəldir və onu 1965 və 1967-ci illərdə çempion edir.

3. Afrika futbolunda 1993-cü ilin 27 aprel "qara gün" kimi yadda qalıb. 1994-cü ilin dünya çempionatını qazanmağı hədəfləyən Zambiya yığmasını aparan təyyarə həmin gün Qabonun Librevil şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində aralarında yığmanın 18 futbolçusu olan 30 nəfər həlak olub. Qəzaya səbəb kimi yanacaq çatışmazlığı göstərilib.

4. 2011-ci ilin sentyabrın 7-də Rusiyanın “Lokomotiv” (Yaroslavl) xokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Yaroslavlın “Tunoşna” aeroportundan qalxandan az sonra yerə çırpılıb. Təyyarədə ümumilikdə 37 nəfər olub. Onlardan 4-ü heyət üzvüdür. Təyyarədə olan şəxslərdən yalnız bir nəfər sağ qalıb.

Samir


Müəllif:

Oxşar xəbərlər