Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulur.
Teleqraf.com-unun məlumatına görə, turun son oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edir. Matç “Azersun Arena”da keçirilir.
Hər iki komandanın aktivində 28 xal var. Qalib gələn tərəf vahid lider olacaq.
Oyunun 64-cü dəqiqəsində Ozobiç hesabı açıb. 86-cı dəqiqədə "Qəbələ"nin qapısına penalti təyin edilib. Riçard hesabı bərabərləşdirib. Əlavə olunmuş 8-ci dəqiqədə "Qarabağ" ikinci qolu vurub. Dinonun qolu ilə hesab 2:1 olur.