4 İyul 2014 16:08
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Güləş Federasiyası-FİLA təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün yunan-Roma güləşçilərinin reytinq siyahısını açıqlayıb.

Teleqraf.com-un Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, yunan-Roma güləşçilərinin reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

Belə ki, 59 kq.-da Kamran Məmmədov ötən aykı 12-ci yerdən 4 pillə irəliləyərək 8-ci sıraya yüksəlib. 66 kq.-da Həsən Əliyev və 71 kq.-da Rəsul Çunayev ötən aykı yerlərini dəyişməyiblər. Hər iki güləşçi öz çəkisində ikinci yerdə qərarlaşıb.

75 kq. çəkidə Elvin Mürsəliyev 6-cı, 80 kq. çəkidə Rafiq Hüseynov 12-ci, 85 kq çəkidə Saman Təhmasibi 10-cu, Şəhriyar Məmmədov 11-ci, 130 kqş-da Sabah Şəriəti isə 11-ci sırada özünə yer tapıb.


Müəllif: