4 İyul 2014 17:22
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA Braziliyada keçirilən futbol üzrə dünya çempionatında stadionların təhlükəsizlik xidmətlərinə Dieqo Maradonanın VIP sektorlara buraxılmaması barədə təlimat verib.

Trend-in Braziliyanın "Folha de Sao Paulo" qəzetinə istinadən verdiyi xəbərə görə, FIFA bu qərarı D.Maradonanın təşkilatı hər xüsusda tənqid etməsinə görə verib.

Sonuncu dəfə D.Maradona FIFA-nı uruqvaylı Luis Suaresin diskvalikifasiyası qərarına görə tənqid edib.

FIFA-nın qərarını biabırçılıq adlandıran sabiq argentinalı futbolçu öz çıxışında belə deyib:

"Başa düşmürəm, Luis Suares kimisə öldürdüyünə görə belə cəza alıb? Əgər elədirsə, onda niyə FIFA onun əllərini qandallayıb Quantanamoya göndərmir? O, çempionatda iştirak etmək üçün 1 il inadla çalışaraq 29 qol vurub. Onlar isə Suaresi çempionatdan qovdular. Bu inanılmazdır".


Müəllif: