4 İyul 2014 17:38
530

Bu gün dünya çempionatının 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək.

Bu gün və sabah baş tutacaq matçlar haqqında, həmçinin də çempionatın gedişi haqqında Milli.Az-a açıqlama verən futbol mütəxəssisi və sabiq baş məşqçi Arif Əsədov bildirdi ki, Braziliya Kolumbiyanı udacaq və növbəti mərhələyə yüksələcək: "Mundial sona yaxınlaşır. Ən güclülər və dözümlülər qalacaq. Almaniya-Braziliya, Hollandiya və Argentinanın yarımfinalda görüşəcəklərini düşünürəm. Mən əvvəl də demişəm, indi də deyirəm ki, Braziliyanı görürəm finalda. Əslində builki, finalın adı, məncə, Braziliya-Hollandiya olacaq".

Daha bir futbol mütəxəssisi Ağasəlim Mircavadov Braziliyanın çempion olmaq şansını yüksək dəyərləndirir: "Almaniya-Fransa oyunu da çox maraqlı keçəcək. Fransa bu çempionatda yüksək səviyyədə çıxış edir. Fransızların oyun üslubu çox səviyyəlidir və hər vəziyyətdən istifadə edirlər. Almaniya isə çox ağır oyun nümayiş etdirir. Yəni ki, hücum xətti yaxşı deyil, amma almanların işini bilmək olmaz. Əbəs yerə onlara "alman maşını" demirlər. Kosta Rika başından böyük çox hoppandı. Balaca bir ölkə üçün bu yerə kimi gəlib çıxmaları möhtəşəmdir. Amma məncə, artıq bu son dayanacaqdır onlar üçün. Hollandiya bu səddi keçəcək. Kosta Rika bu çempionatda ən uğurlu millilərdəndir. Argentina və Belçika millilərinin oyunu düşünürəm ki, bərabər səviyyədə keçəçək. Bu çempionatın finalı bilinmir".

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev isə qeyd edib ki, 1/4 finala çıxan ölkələrin hamısı buna layiqdir: "Göstərdikləri oyun onları bu səviyyəyə yüksəldib. 1/4 finalda həm Amerika qitəsinin sakinləri, həm də avropalılar bir-birinə qarşı mübarizə aparacaq. Buna misal olaraq, Braziliya-Kolumbiya, Almaniya-Frsansanı göstərmək olar. Heç bir ölkəni fovarit qismində göstərməyə tələsməməliyik. Ən azından bundan qabaqkı oyunları nəzərə almaq lazımdır. Ancaq nisbi götürsək, Almaniyanın şansı digərlərindən çoxdur. Braziliya finala çıxmayacaq. Kosta Rika bu mundialın sürpriz komandasıdır".


Müəllif:
Загрузка...