5 İyul 2014 14:14
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisi DÇ-2014-ün 1/2 finalında Almaniya ilə matç öncəsi ciddi itki ilə üzləşib.

Teleqraf.com Qol.Az-istinadən yaydığı xəbərə görə, Kolumbiya ilə oyunda zədələnən Neymarın zədəsinin ciddi olduğu müəyyənləşib. Onun dünya çempionatını erkən başa vurduğu açıqlanıb.

Yığmanın həkimi Rodriqo Lasmar deyib ki, Neymarın onurğasında sınıq aşkarlanıb:

"O, əməliyyat olunmayacaq, ancaq bir müddət hərəkət edə bilməyəcək. Neymar bu zədə ilə futbol oynaya bilməz. Onun bir həftəyə sağalması mümkünsüzdür".


Müəllif: