6 İyul 2014 19:18
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Futbol Konfederasiyası millinin futbolçusu Tiaqo Silva ilə bağlı apelyasiya şikəyəti verməyə hazırlaşır. DÇ-2014-ün 1/4 final mərhələsinin Kolumbiyaya qarşı matçında (2:1) Silva növbəti sarı vərəqa alaraq cəzalı duruma düşüb. Bu səbəbdən o, mundialda Almaniya ilə keçiriləcək yarımfinal matçını buraxmaldır.

Baş məşqçi Luis Felipe Skolari isə Silvaya göstərilən sarı vərəqənin haqlı olmadığını düşünür.

Xatırladaq ki, 29 yaşlı futbolçu hakimin qaydanın pozulduğunu bildirən fiti çalmasından sonra topu boş qapıya göndərdiyi üçün cəzalanıb.

“Silvaya sarı vərəqə göstərilməsini başa düşmürəm. Hakim heç Neymarı ağır zədələyən kolumbiyalı Sunyiqanı cəzalandırmadı. Silvanın Almaniya ilə oyuna çıxması üçün sonadək mübarizə aparacam. Biz bilirik ki, FİFA Tiaqonun vərəqəsini ləğv edə bilər” – deyə L.Skolari bildirib.

Xatırladaq ki, Braziliya – Almaniya oyunu iyulun 8-si keçiriləcək./qol.az/


Müəllif: