İspaniya polisi narkotik alverçilərindən ibarət qurupu ifşa edib.
Teleqraf.com xəbər verir ki, onların "Barselona"nın adından istifadə etdiyi müəyyənləşib. Belə ki, narkotik alverçiləri tərkibində marixuana və kokain olan şokalatlar istehsal edərək üzərinə "Barselona"nın loqolarını vururmuşlar. İspaniya polisi Valensiya və Alikantedə quruplaşmanın 9 üzvünü ələ keçirib.
Onların uzun müddətdi "Barselona"nın loqosundan yararlanaraq bazara asan yolla narkotik çıxardığı məlum olub.