6 İyul 2014 23:14
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdoçusu Avropa birinciliyində qızıl medal qazanıb.


Teleqraf.com bildirir ki, Yunanıstanın paytaxtı Afinada cüdo üzrə kadetlər arasında Avropa birinciliyi davam edir.

Turnirin ikinci günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Birincilikdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, turnirin ilk günü cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

Turnirə bu gün yekun vurulacaq.


Müəllif: