1 Yanvar 2017 17:57
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov daha bir sorğuda ilin futbolçusu seçilib.

Qol.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi "Futbol+" qəzetinin ənənəvi sorğusunda 2016-cı ilin ən yaxşı futbolçusu olub.

Bununla da Sadıqov 5-ci dəfə ölkəsinin ən yaxşısı olub. Bunadək Rəşad 2004, 2005, 2010, 2013-cü illərdə "Futbol+" sorğusunun qalibi adını qazanıb. Bu dəfə səsvermədə 177 nəfər, o cümlədən Qol.az iştirak edib və Sadıqova səs verib.

Xatırladaq ki, Rəşad daha öncə İdman Araşdırmalar Mərkəzinin səsverməsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.


Müəllif:

Oxşar xəbərlər