“Barselona” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Davinson Sançeslə transfer edə bilər.
“Barsa” ötən il Kolumbiya millisinin 20 yaşlı üzvünü klubun B komandasına cəlb etmək istəsə də, o, buna razılaşmayıb.
Bu dəfə isə Luis Enrike gənc futbolçunu öz komandasında görmək istəyir.
Qeyd edək ki, cari mövsüm Hollandiya çempionatında 16 oyuna çıxan Sançes 3 qol vurub və 1 məhsuldar ötürmə verib.