Çin klubları futbolçulara təklif etdikləri fantastik məbləğlərlə idmansevərləri təəccübləndirməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, Çinin “Şanxay SİPG” klubu Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obamenyanqa 150 milyon avro təklif ediblər.
Qabonlu hücumçu ilə “Real” və “Mançester Siti” də maraqlanır. Transfer alınsa, bu sahədə dünya rekordu qeydə alınacaq.