Türkiyənin Antalya bölgəsində hazırlığını davam etdirən “Neftçi” komandası daha bir futbolçu ilə güclənib.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Kirill Petrovla 1,5 illik müqavilə imzalanıb.
Kiyev “Dinamo”sunun yetirməsi olan 26 yaşlı oyunçu sonradan “Krivbas” və “Arsenal” (Hər ikisi Ukrayna) klublarının formasını geyinib. Polşa “Korona”sında da legioner həyatı yaşamış Petrov Qazaxıstanın “Ordabaşı” klubunda çıxış edib. Futbolçunun sonuncu klubu isə Donetsk “Olimpik”i olub.
Ukrayna U-19 və U-21 yığma komandalarının da formasını geyinmiş Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.