6 Yanvar 2017 17:31
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisi üçün yeni ildə ilk sınaq Rusiyada olacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizin qatıldığı ilk turnir Sankt-Peterburqda təşkil olunacaq ənənəvi beynəlxalq yarış olacaq. FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirin daimi iştirakçısına çevrilən ölkəmizi bu dəfə U-19 yığması təmsil edəcək. Peterburq İdman Konsert Kompleksinin qəbul edəcəyi yarış yanvarın 8-dən 21-dək keçiriləcək.

Bu dəfə 16 yığmanın qatılacağı yarışda 1999-cu və daha kiçik təvəllüdlü futbolçular mübarizə aparacaqlar.

Rusiyanın iki komanda – milli və təşkilatçı şəhərin yığması ilə təmsil olunacağı yarışın iştirakçıları dörd qrupda qüvvəsini sınayacaq. Sonra isə komandalar tutduğu yerdən asılı olaraq daha üç matç keçirəcəklər.

Azərbaycan millisi “C” qrupunda yer alıb. Təbriz Həsənovun yetirmələri Litva, Qazaxıstan və Slovakiya ilə üz-üzə gələcək. Mükafatlara iddiasını davam etdirmək üçün komandamız ilk iki pillədən birini tutmalıdır. Digər halda, komandamız doqquzuncu yer uğrunda mübarizə aparmalı olacaq.


Müəllif:

Oxşar xəbərlər