"Samsunspor"un baş məşqçisi Osman Özköylü "Trabzonspor"un futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi haqda iddialara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Osman Özköylü Ramil Şeydayev və Serge Oqnadonla bağlı riskə getmək istəmədiklərini bildirib: "Həmin oyunçularla bağlı "Trabzonspor"dan bizə təklif gəldi. Ancaq təklifi qəbul etmədik. Ramil təcrübəsiz oyunçudur. Ona görə risk etmədik".
Qeyd edək ki bir müddət əvvəl Türkiyə mətbuatı millimizin hücumçusu R.Şeydayevin "Samsunspor"un düşərgəsinə qoşulduğunu yazmışdı.