9 Yanvar 2017 00:39
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu "Qarabağ"ın hücumçusu Reynaldonu transfer etmək istəyir.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Ümit Özat braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir.


Müəllif:

Oxşar xəbərlər