11 Yanvar 2017 15:16
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Madridin “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç yenə bütün rəqiblərindən üstün olub.

O, ekspertlər və sabiq futbolçuların iştirak etdiyi sorğuda rekord səs toplayıb. Xorvatiya millisinin üzvü 110 səs yığmaqla, 2004-cü ildə Dado Prşonun qazandığı rekord göstəricini təkrarlayıb.

“Bu mükafata layiq görüldüyüm üçün çox şadam. 2007-ci ildə ilk dəfə bu uğuru qazananda heç təsəvvür etməzdim ki, buna 5-ci dəfə imza atım”, - deyə L.Modriç əlavə edib.


Müəllif:

Oxşar xəbərlər