13 Yanvar 2017 00:00
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yanvarın 14-ü Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcək.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu oyunlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. “Qəbələ” Albaniyanın “Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.

Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun “Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək “qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.


Müəllif:

Oxşar xəbərlər