13 Yanvar 2017 19:25
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil qurğu və fərdi kompüterlərdə şəkillərin emalı üçün çoxlu proqramlar mövcuddur. Ən populyar proqramlardan biri “Photoshop” hesab edilir. Amma belə proqramlarda işləmək üçün öncə onların imkan və funksiyalarını öyrənmək lazımdır ki, bu da asan deyil. “Adobe” şirkəti bu problemin həllini tapıb. Şirkət səsli komandaların köməyi ilə şəklin redaktəsini əks etdirən video nümayiş etdirib.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, mobil redaktora səs assistenti inteqrasiya edilib. “Adobe” şirkətinin nümayəndəsi bildirir ki, danışığın tanınması sistemi, hətta internetsiz işləmək qabiliyyətinə malikdir və bu, başqa virtual köməkçilərlə müqayisədə böyük üstünlükdür. Redaktorda işləmək qabiliyyətinə malik olmayan istənilən istifadəçi virtual assistentə müraciət edə bilər. Bu, çox faydalı seçim ola bilər, çünki bu zaman proqramın bütün funksiyalarının öyrənilməsinə vaxt sərf etməyə ehtiyac qalmayacaq.


Müəllif:

Oxşar xəbərlər