15 Yanvar 2017 23:11
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi. Hazırda fiziki hazırlıqlar çox önəmlidi. Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var. Çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun. Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır. Buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Skenderbeu"ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

O, hər iki hissədə oyun intizamının yaxşı olduğunu bildirib:

"Texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var. Çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, ilk hissəyə nisbətən açıq oyun getdi. Birinci hissə bir az qapalı keçdi. Komandam hücum qurmaqda daha çox düşünürdü".


Q.Qurbanov komandanın qələbə qolunu vuran yeni transfer Ağabala Ramazanovun oyunu haqda da danışıb:

" İlk dəqiqələrdən hiss olunurdu ki, bir az həyəcanlı idi. Bir neçə top itkiləri oldu. Ağabala Ramazanov hər zaman meydanda öz əzmkarlığı, aqressivliyi ilə seçilən futbolçudur. Hal-hazırda biz Ağabaladan tam razı qala bilmərik və istədiyimiz oyunu tələb edə bilmərik. Çünki hələ komandaya yeni qoşulub. Yeni gələn futbolçunun ilk oyunda qol vurması onun komandaya daha tez uyğunlaşmasına kömək edir”.


Müəllif:

Oxşar xəbərlər