17 Yanvar 2017 18:55
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addım atıb.

Qol.az-ın xəbərinə görə, o, ATV kanalında yayımlanan “Bizimləsən” verilişində iştirak edən atası və anası tərəfindən atılmış bir uşağı sevindirib.

Böyrək xəstəliyindən əziyyət çəkən oğlan uşağı ötən verilişlərin birində Rəşad Sadıqovun fanatı olduğunu və onunla görüşmək istədiyini deyib.

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın kapitanı isə bu gün “Bizimləsən” verilişi ilə əlaqə saxlayıb. Canl efirə qoşulan Sadıqov azyaşlıya dəstək olub və Bakıya qayıtdıqdan sonra - yanvarın 24-də onunla görüşəcəyini deyib.


Müəllif:

Oxşar xəbərlər