Dortmund "Borusiiya"sının futbolçusu Adrian Ramos karyerasını Çində davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, kolumbiyalı hücumçu Çinin "Çuntsin Lifan" klubu ilə anlaşıb. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Borussiya"da çıxış edirdi.