Madrid "Real"ının futbolçusu Serxio Ramos İspaniya kubokunun 1/4 final mərhələsində "Selta" ilə keçirilən oyunda xoşagəlməz hərəkətlə yadda qalıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rəqib futbolçusu Yaqo Aspası təhqir edib, daha sonra ona tüpürüb.
"Selta"nın hücumçusu ilə bir neçə dəfə təkbətək mübarizədən məğlub ayrılan Ramos əsəblərini cilovlaya bilməyib.
O, bu hərəkətinə görə İspaniya Futbol Federasiyası tərəfindən ağır cəzaya məruz qala bilər.
Qeyd edək ki, bu, 31 yaşlı müdafiəçinin karyerasında ilk belə hərəkət deyil. O, 2012-ci ildə "Atletiko" ilə La Liqa oyununda rəqib futbolçusu Dieqo Kostaya da tüpürmüşdü.