PSJ-nin futbolçusu Anxel di Mariya Çin klubuna keçəcəyi iddialarına münasibət bildirib.
Qol.az-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, o, Paris təmsilçisində qalacağını deyib:
"PSJ ilə daha 2 illik müqaviləm var. Mən və ailəm Parisdə xoşbəxtik. Müqaviləmin müddəti başa çatana kimi PSJ-də qalacam. Bəziləri pula görə Çinə gedir. Ancaq mən burada qalmağı üstün tutdum. PSJ ilə Çempionlar Liqasının qalibi olmaq istəyirəm".