8 İyul 2014 10:39
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın əfsanəvi futbolçusu və fəxri prezidenti Alfredo Di Stefano vəfat edib.


Teleqraf.com xəbər verir ki, Əfsanəvi futbolçu 88 yaşında dünyasını dəyişib.

Di Stefano infarkt keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlər onu 45 saat həyatda saxlaya bilib. Qreqorio Maranon Xəstəxanası xəbəri təsdiqləyib.

Di Stefano futbola 17 yaşında Argentinanın "River Pleyt" klubunda başlayıb. Bu komanda ilə 6 dəfə çempion olan Alfredo 1949-cu ildə Argentinadakı futbolçuların boykotundan sonra Kolumbiyanın "Millionarios" klubuna yollanıb. Bu komandada o, 3 dəfə Kolumbiya çempionluğunu və 1 dəfə ölkə kubokunu qazanıb.

1953-cü ildə "Real" və "Barselona"nın maraq dairəsinə düşən futbolçu Avropaya gəlib. "Barselona" transferi bitirmək üzrə olduğu bir vaxtda Santyaqo Bernabeu Yeste onu "Real"a apara bilib. 1953-1964-cü illərdə "Kral Klubu"nun formasını geyinib. 8 dəfə La Liqanın, 1 dəfə "Kral Kuboku"nun, 5 dəfə Çempionlar Liqasının və 1 dəfə qitələrarası kubokun qalibi olub. 11 ildə "Real" forması isə 308 qola imza atan Di Stefano 58 avrokubok matçında 49 qol vurub. Onun bu rekordunu 2005-ci ildə "Real"ın başqa bir əfsanəsi Raul qırıb.

1957 və 1959-cu illərdə Avropada "İlin futbolçusu" seçilən Alfredo 6 dəfə Argentina, 4 dəfə Kolumbiya yığmasının formasını geyindikdən sonra İspaniya millisinə üz tutub. O, bu komandanın heyətində 31 oyuna çıxıb və 23 qol vurub. 1966-cı ildə - 40 yaşında "Espanyol"da karyerasına son qoyub.

Baş məşqçi kimi ilk dəfə "Elçe"ni çalışdıran Di Stefano 1982-1984 və 1990-1991-ci illərdə "Real"a başçılıq edib. O, həmçinin Argentinanın "Boka Xuniors", İspaniyanın "Valensiya", "Rayo Vallekano", "Kastellon" və Portuqaliyanın "Sportinq" klublarını çalışdırıb.

2000-ci ildə Florentino Peres Di Stefanonu "Real"ın fəxri prezidenti elan etmişdi.


Müəllif: