Fransanın PSJ klubunun italiyalı yarımmüdafiəçisi Marko Verratti yerdə olan topu başla qapıçıya ötürdüyünə görə, hakim tərəfindən "sarı vərəqə" ilə cəzalandırılıb.
"Report" xəbər verir ki, insident futbol üzrə Fransa çempionatının XXI turu çərçivəsində keçirilən "Nant" – "PSJ" oyununda baş verib.
Veratti matçın 30-cu dəqiqəsində yerdə olan topu uzanaraq başla qapıçı Kevin Trappa ötürdükdən sona xəbərdarlıq alıb.
Görüş 2:0 hesabı ilə "PSJ"nin xeyrinə başa çatıb.