"Barselona"nın futbolçusu Serxio Buskets zədələnib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə onun La Liqanın 19-cu turunda "Eybar"la görüşdə topuğu çıxıb.S.Busketsin nə qədər müdddət yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
28 yaşlı yarımmüdafiəçinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Eybar" - "Barselona" görüşü Kataloniya klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.