"Liverpul" futbolçusu Lazar Markoviçi "Hall Siti"yə icarəyə verib.
Teleqraf.com "Qol.az"a istinadən xəbər verir ki, serbiyalı hücumçu mövsümün sonuna kimi icarə əsasında sözügedən klubda çıxış edəcək.
Qeyd edək ki, L.Markoviç mövsümün ilk hissəsində icarə əsasında Portuqaliyanın "Sportinq" klubunda oynayıb.