İsveç millisinin gənc futbolçusu Aleksandr İsak ölkəsində transfer rekordunu qırıb.
Qol.az-ın xəbərinə görə, 9,5 milyon avroya AİK-dən Dortmund "Borussiya"sına satılan 17 yaşlı hücumçu ölkə xaricinə transfer olunan ən bahalı futbolçu olub.
Buna qədər isə ən bahlı futbolçu Zlatan İbarhimoviç olub. O, 2001-ci ildə "Malmö"dən "Ayaks"a 8,7 milyon avro qarşılığında keçib.
Qeyd edək ki, Madrid "Real"ının da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.