“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Futbol-1” kanalına müsahibə berib.
Teleqraf.com-un məlumatına görə, o komandasının çempionatdakı çıxışından, öz işlərindən və Ukraynaya qayıtmaq ehtimalından danışıb
- Roman İosifoviç, siz iki ildir "Qəbələ"dəsiniz. Bu, azdır, yoxsa çox?
- Çoxdur. Amma futbolda hər şey sürətlə keçir.
- Azarkeşlərə söz verə bilərsiniz ki, "Qəbələ" bu mövsüm çempion olacaq?
- “Qəbələ” ən yaxşı halda ölkə çempionatının bürünc medallarını qazanıb. Son iki ildə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib. İkinci yer bizim üçün yaxşı nəticə olacaq. Amma çempionluq başqa şeydir.
- Komandanız Avropa Liqasının qrup mərhələsində “Maynts”, “Sent Etyen” və “Anderlext”lə oyunlarda xal qazana bilmədi. Uğursuz çıxışların səbəbi nədir?
- Biz o klublarda eyni səviyyədə deyilik. Onlara çatmaq üçün çox iş görməliyik. O cümlədən rəqiblər maddi baxımdan da bizdən üstün idi.
- Doğrudur ki, "Qəbələ"nin büdcəsi xeyli azalıb?
- Mən dəqiq rəqəm deyə bilmərəm. Birincisi, bu, mənim işim deyil. Heç vaxt bu haqda danışmaq istəmirəm. Sadəcə, mən təsdiq edə bilərəm ki, maaşım azaldılıb.
- Siz və futbolçular maaşınızın azaldılmasına razılaşdınız?
- Müəyyən dərəcədə hə.
- Düzdür ki, sizin maaşınız hardasa iki dəfə azaldılıb?
- Bəli.
- “Dinamo”nun (Kiyev) baş məşqçisi vəzifəsinə namizədlər arasında sizin də adınızı çəkirlər.
- Mənim “Qəbələ” ilə yaya qədər müqaviləm var. Heç bir klubdan təklif yoxdur.
- Ukrayna çempionatına, “Çernomorets”ə qayıdışınız mümükündür?
- Mən, demək olar ki, Odessada yaşayıram. Nə vaxtsa orda yenidən işləyəcəyimi istisna etmirəm. Bundan məmnun olardım.
- “Qəbələ”də yalnız iki futbolçu Dmitri Bezotosnı və Vitali Vernidub qalıb. Onların oyununda inkişaf var?
- Onlar çox inkişaf edirlər. Gənc futbolçular onların peşəkarlığından nümunə götürməlidir. Dmitrinin yaşı 30-dan çoxdur. Ancaq onun oyununa baxanda, istəyirəm ki, 50 yaşa qədər oynasın.
- Azərbaycanda başınıza gələn gülməli hadislərdən birini danışmağınızı istərdik.
- Bir gün “Qəbələ”nin əvəzedici komandasının oyununa baxmağa getdim. Jurnalistlərdən biri yaxınlaşdı ki, “Olar, kameraya bir neçə kəlmə danışasınız?” Müsahibə verdiyim yerdə biri yaxınlaşdı ki, alışqanınız olmaz? (gülür). Stadionda o qədər adam var. Get, onlardan soruş də (gülür).