"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə bağlı qərarını verib.
Teleqraf.com xəbər verir ki, klubun prezidenti Muharrem Usta "TRT Spor"a açıqlamasında millimizin hücumçusunun bu qış transfer pəncərəsi dövründə icarəyə veriləcəyini deyib: "Ramil gələcəyi olan futbolçudur. Onu icarəyə göndərəcəyik".
Qeyd edək ki, “Trabzonspor”da əsas heyətə möhkəmlənə bilməyən R.Şeydayevin ya transferə çıxarılacağı, ya da icarəyə göndəriləcəyi bildirilirdi.