“Qəbələ” klubu növbəti transferə hazırlaşır.
Teleqraf.com-un xəbərinə görə, klubun meneceri Səbuhi Səfiyarlı qış transfer pəncərəsinin bağlanmasına qədər bir hücumçu almağa çalışacaqlarını deyib.
O bildirib ki, xaricdən hücumçu transfer etmək üçün müraciətləri olub: “Hazırda danışıqlar gedir. Yanvar 30-na qədər vaxtımız var. Çalışacağıq o vaxta qədər oyunçu alaq”.
S.Səfiyarlı danışıqlar apardıqları futbolçularla bağlı açıqlama verməyib.