29 Yanvar 2017 21:27
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”yə uğurlar arzu edirəm, yaxşı oynadılar. Azarkeşlər üçün, komanda üçün maraqlı oyun oldu. Bilirdik ki, bizə çətin olacaq. Futbolçularıma gəldikdə, nöqsanlar oldu. Amma onlara irad bildirməyəcəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda optimal formamızı bərpa edəcəyik”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ” uzun müddətdi belə pressinqlə üz-üzə gəlmirdi. Bu fikirlə razısınız?

- Razıyam. “Neftçi” bu gün bizim meydanımızda pressinq edirdi. Bu, bizim üçün xoş oldu. Belə vəziyyətdə biz də futbolçularımızın hansı cəhətdən güclü olduğunu görürük. Belə rəqiblərin çox olması bizim xeyrimizədi. Get-gedə çox komanda “Neftçi”nin üslubundan istifadə edir. Və bu, istənilən komandaya çətinlik yaradır. Ümumilikdə, “Neftçi” oyunu pressinq üzərində qurmuşdu və sona qədər belə davam etdilər.

- Namiq Ələsgərov sizə qarşı oynasaydı daha çətin olardı?

- Düşünmürəm. Futbol bir oyunçudan asılı deyil. Bizim müqaviləmizdə belə bir şərt yoxdu. Bildiyiniz kimi, biz Namiqi “Neftçi”yə azad futbolçu kimi buraxmışıq. Bizim rəhbərlik bu qaydanı ortaya qoydu və “Neftçi” də razılaşdı.

- Riçardın olmaması oyununuza təsir etdi?

- Almeyda əsas oyunçumuzdur. Almeydasız çox oyunlarda qalib gəlmişik. Əsas heyət oyunçusunu itirmək xoş olmasa da, onun yerini doldura biləcək futbolçularımız da var.


Müəllif:

Oxşar xəbərlər