30 Yanvar 2017 01:25
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kikboks yığmasının üzvü Anoska Akokulyan "Qəzəbli mələk" ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kikboksinq üzrə beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Xaçmaz Azad Kikboksinq klubunun üzvü, "Qəzəbli mələk" ləqəbli 15 yaşlı Nəzrin Əskərova da iştirak edib. Onun erməni rəqibi Anoska Akokulyan "Qəzəbli mələk"lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay edib.

Nəticədə Nəzrin Əskərova gürcüstanlı kikboksçu ilə qarşılaşmalı olub.

"Qəzəbli mələk" rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.


Müəllif:

Oxşar xəbərlər