30 Yanvar 2017 14:50
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Teleqraf.com xəbər verir ki, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıblar. Otuz bir yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

R.Ramaldanov Azərbaycanda “Simurq”, “Xəzər-Lənkəran” və “Sumqayıt”da çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan futbolçunun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.

2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.


Müəllif:

Oxşar xəbərlər