30 Yanvar 2017 18:50
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının XV turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, 39 yaşlı mütəxəssis “Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb.

Bu yubiley “Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. “Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.

Qeyd edək ki, Abasovun “Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. “İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.


Müəllif:

Oxşar xəbərlər