“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çindən gələn təklifi rədd edib.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bu ölkədən təklif aldığını, ancaq qəbul etmədiyini bildirib. O, gənc futbolçuların Çindən gələn çoxmilyonlu təkliflər qarşılığında bu ölkəyə yollanmalarından narahatlığını da gizlətməyib.
“Danışıqlar apardığınız futbolçuya siz 5, onlar isə 25 milyon funt-sterlinq təklif edirsə, problem olur. Futbolu seçən oyunçular aza qane olur. Ancaq pulu seçənlər də olur. Karyerasının son illərini yaşayan oyunçuların Çindən gələn fantastik təkliflərlə razılaşmasını başa düşmək olar. Ancaq gənc və perspektivli oyunçular niyə Çinə getmək istəyirlər, anlaya bilmirəm. Belələri elə Çinə getsə yaxşıdır"