“Göztəpə” klubundan ayrılan “Qarabağ”ın sabiq futbolçusu Leroy Corc karyerasını Türkiyədə davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə hollandiyalı yarımmüdafiəçi sosial şəbəkədə paylaşım edib. O, Türkiyə I liqasında mübarizə aparan “Adana Dəmirspor”a keçdiyini yazıb.
Qeyd edək ki, 29 yaşlı surinam əsilli futbolçu ötən mövsümün əvvəlində "Qarabağ"dan "Göztəpə"yə transfer edilmişdi.