Peşəkar Futbol Liqası (PFL) ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I divizionun iki oyununun keçirilmə tarixini dəyişidirib.
Teleqraf.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, bunlar "Göyəzən” – "Qaradağ Lökbatan” və "Şahdağ” – "Zaqatala” qarşılaşmalarıdır. Oyunlar fevralın 2-dən 27-nə keçirilib.