Bu yay “Lokomotiv” baş məşqçisi Yuri Syominlə yolları ayıracaq.
Qol.az-ın xəbərinə görə, bu haqda Rusiyanın “Realnoye vremya” qəzeti məlumat yayıb. Bildirilib ki, onun yerinə hazırda “Rostov”un vitse-prezidenti və məşqçisi işləyən Qurban Berdıyev gətiriləcək. Moskva təmsilçisi ilə Berdıyevin bu məsələyə dair prinsipial razlığa gəldiyi bildirilir.
Bildirilir ki, Berdıyev hələ ötən yay “Lokomotiv”ə başçılıq edə bilərmiş. Amma sonra klub Yuri Syominlə yola davam edib.