2 Fevral 2017 16:05
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bu məlumatı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir şeyi dəyişmir: “Berni Ekklstoun dünyada yeganə idman yarışı təşkil edən bir insandır. Uzun müddət Formula 1-in yüksək səviyyədə təşkilində böyük rol oynayıb. 2007-ci ildə payını ayrı şirkətə satıb və özünə 0,5 faiz saxlayıb. Həmin şirkət Ekklstounu 2016-cı ilin sonunadək əsas aparıcı şəxs kimi bu vəzifədə saxlayıb. 2016-cı ilin sonunda fəaliyyətə başlayan yeni qrup isə Ekklstounun fəaliyyətindən imtia edib. Başqa insanı təsdiq ediblər. Yeni gələn şəxs Formula 1-ə yeni insanlar cəlb edəcək. Bu günədək işləyən insanlarla işgüzar və dost münasibətlər qurmuşuq. Onların köməyi ilə birinci halqamız yüksək səviyyədə olub. İnanırıq ki, yeni komanda ilə də ünsiyyət yarada biləcəyik. Əsas qayda və məqsəd məlumdur. Heç kəs qaydanı 4 ay ərzində dəyişə bilməz. Yeni tələb, təklif və qaydalar olsa, onlara nəzər yetirəcəyik. Bakıda bu halqanı keçirmək mümkün olmasa, həmin anda müqaviləmizə yenidən baxacağıq. Heç bir faciə yoxdur, sadəcə yeni insanlarla münasibət quracağıq”.

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23-25 iyunda keçiriləcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər