UEFA “Avro-2016”nın seçmə və final mərhələsində iştirak edən futbolçuların klublarına maliyyə vəsaiti ayırıb.
Qol.az-ın xəbərinə görə, bu haqda qurumun saytının bu gün yaydığı məlumatda bildirilir. Qitə futbol qurumu ümumilikdə 641 kluba ödəniş edildiyini açıqlayıb.
Azərbaycan klublarından ən çox "Qarabağ"a mükafat ayrılıb - 365 min 645 avro. Bu klubun futbolçuları turnirin təkçə seçmə deyil, final mərhələsində də (Ansi Aqolli, Albaniya millisi) oynayıb. Siyahıda Azərbaycandan "Qəbələ" ikinci (152 min 806 avro), "Neftçi" üçüncü ən çox qazanan (128 min 899 avro) qazanan klub olub.
Mükafat qazanan digər Azərbaycan klubları aşağıda adları qeyd olunanlardır:
"Xəzər Lənkəran" - 120 min 583 avro
"İnter" - 112 min 713 avro
"Sumqayıt" - 24 min 948 avro
"Kəpəz" - 16 min 632 avro
"Zirə" - 8 min 316 avro
AZAL - 4 min 606 avro
Ümumilikdə Azərbaycanın 9 klubuna ayrılan pulun ümumi həcmi 935 min 152 avro təşkil edib.