Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları davam edir.
Teleqraf.com-un məlumatına görə, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib.
Oyunda hesab 77-ci dəqiqədə açılıb - Daniel Subotiç "Qəbələ" azarkeşlərini sevindirib. Paytaxt təmsilçisinin cəhdləri isə nəticə verməyib.
Beləliklə, "Qəbələ" 16 oyundan sonra 35 xalla ikinci pillədəki yerini möhkəmləndirib. 10 xallı "Neftçi" 7-ci pillədə qərarlaşıb. "Qarabağ" isə 36 xalla liderdir.