Yanvar ayının 16-20 tarixlərində Litvanın Vilnüs şəhərində aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub.
Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-averilən məlumata görə, seminarda iştirak edən Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk imtahanlardan uğurla keçərək, 4-cü hakimlik kateqoriyasını əldə ediblər.
Qeyd edək ki, bu kateqoriya növbəti Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.