“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç yeni rekord müəyyənləşdirib.
Teleqraf.com Qol.az-a istinadən xəbər verir ki, “Lester”lə matçda (3:0) fərqlənən isveçli hücumçu İngiltərə Premyer Liqasında bir mövsümdə 15 qol vuran ən yaşlı oyunçu kimi tarixə düşüb. O, 35 yaş 125 günlüyündə bu nəticəyə nail olub. İbrahimoviç həmçinin bu çempionatda 3 qolun ötürməsini də edib.
Xatırladaq ki, o, “Mançester Yunayted”ə 2016-cı ilin yayında PSJ-dən keçib.
|