Arda Turan üçün Çin klubundan göndərilən 50 milyon avroluq təklifi rədd edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandanın baş məşqçisi Luis Enrikenin istəyi ilə bu təklif müsbət cavablandırılmayıb. L.Enrike Arda kimi bir futbolçunun komandadan ayrılmasını istəmədiyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, A.Turan bu mövsüm 27 oyuna 13 qol vurub, 6 qolun ötürməsini verib.